AZ

Rafael Fiziyev UFC313-də Castin Qeyci ilə revanş döyüşünə çıxır

Bakı. Trend:

Azərbaycanın ən tanınmış MMA ustalarından biri Rafael Fiziyev bugün karyerasının ən vacib döyüşlərindən birinə çıxacaq.

Trend xəbər verirki, 33 yaşlı idmançı ABŞ-nin Las Veqas şəhərində keçirilən UFC313turnirində yüngül çəki dərəcəsində gücünü sınayacaq. Onun rəqibiamerikalı döyüşçü Castin Qeycidir.

Fiziyev UFC-də Qeycidən iki dəfə az döyüş keçirməsinə vəreytinqdə daha aşağı pillədə (11-ci yer) qərarlaşmasına baxmayaraq,görüşün favoriti sayılır. Mütəxəssislər bunun səbəbini onun uzunfasilədən sonra döyüşə yüksək motivasiya ilə çıxması və güclüəl-ayaq zərbələrinə malik olması ilə izah edirlər.

Bu döyüş həm də revanş xarakteri daşıyır. "Ataman" ləqəbliFiziyev 2023-cü ildə Qeyciyə məğlub olub və uzun müddət dizindəkizədə səbəbindən yarışlardan kənarda qalıb. İndi isə o, Las Veqasaqələbə üçün gəlib.

Fiziyevin yer aldığı əsas kartın döyüşləri martın 9-da Bakıvaxtı ilə saat 07:00-da başlayacaq.

Seçilən
47
az.trend.az

1Mənbələr