Bakı. Trend:
Antarktida üzərindəki ozon dəliyi freonların istifadəsinəqoyulan beynəlxalq qadağalar nəticəsində aradan qalxmaqdadır.
Trend xəbər verirki, Massaçusets Texnologiya İnstitutunun alimləri Monrealprotokolunun ozon təbəqəsinin qorunmasına müsbət təsirini 95%əminliklə təsdiqləyiblər. Bu, zərərli ultrabənövşəyi radiasiyadanqorunmanı gücləndirir və dəri xəstəlikləri ilə göz zədələnmələrininqarşısını alır.
Xatırladaq ki, uzun illər boyu aerozol qutularında,soyuducularda və kondisionerlərdə istifadə edilənxloroflorokarbonlar (freonlar) Antarktida üzərində nəhəng ozondəliyinin yaranmasına səbəb olmuşdu. Lakin bu maddələrə qarşı qəbuledilən qadağalar tədqiqatlar nəticəsində effektivliyini sübutedib.