Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi klub Cənubi Koreya liqasında liderliyə yüksəlib.
İdman.biz xəbər verir ki, "Daejeon Hana" ölkə çempionatının 4-cü turunda səfərdə əvvəlki lider "Daegu"ya qalib gəlib - 2:1.
Krivotsyuk 90 dəqiqə komandanın müdafiə xəttində yer alıb və sonuncu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Daejeon Hana" dörd oyundan 9 xal toplayıb.
İdman.biz