İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Azadova Mehriban İdris qızı, onun övladları 2021-ci təvəllüdlü Azadov M.V. və eyni təvəllüdlü Azadova F.V. ölüb.
Qonşular tərəfindən aşkarlanan 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların “Ceyran peçi”nin dəm qazından zəhərləndiyi güman edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
****
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.//APA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta