AZ

ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşları işdən çıxarmağı təklif edib

ABŞ-nin Səhiyyə Nazirliyi ölkə administrasiyasının elan etdiyi kütləvi ixtisarlar fonunda bütün əməkdaşları işdən çıxarmağı təklif edib.

Demokrat.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb.

“ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşlarına 25 min dollar ödənilməsi müqabilində könüllü istefa vermə ehtimalı barədə məlumatlandırılıb”, - reportajda deyilir.

Kanalın məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən dövlət qulluqçularının sayını kütləvi şəkildə ixtisar etmək kampaniyasının bir hissəsidir.

Seçilən
4
8
demokrat.az

9Mənbələr