“Liverpul” “Yuventus”un forvardı Kenan Yıldızı hədəf alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “TuttoJuve” nəşri məlumat yayıb.
Bildirilib ki, mersisaydlılar Türkiyə millisinin hücumçusu üçün 80 milyon avro ödəməyə hazırdırlar.İngiltərə klubu 19 yaşlı oyunçunu Məhəmməd Salahın əvəzi kimi görürlər.
Bildirilir ki, İtaliya klubu Yıldızın transferindən 100 milyon avro qazanmaq niyyətindədir.
Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində 40 matça çıxaraq 6 qol vurub və 4 qolun ötürməsini edib. Onun komandası ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Salahın isə “Liverpul”la müqaviləsi yayda bitəcək.