Belaruslu futbol mütəxəssisi Sergey Qurenko ölkələrinin millisinin Tacikistan və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq oyunları haqda danışıb.
Sportinfo.az Belarus mətbuatına istinadən xəbər verir ki, o deyib:
"Belarus çempionatı hələ başlamayıb, ona görə də bu oyunçuların səviyyələrini bilmirəm. Bu matçların nə mənası var?
Yoldaşlıq görüşləri keçiririksə, elə komandalar seçməliyik ki, oyun tərzlərinə görə gələcək rəqiblərə bənzər olsunlar. Tacikistan və Azərbaycan milliləri ilə oyunların nə mənası var axı?"
Azərbaycan - Belarus matçı martın 25-i, "Bank Respublika Arena" stadionunda keçiriləcək. Görüş 21:45-də başlayacaq.