AZ

“Barselona”ya keçmədiyinə görə peşman deyil

“Atletik”in vingeri Niko Uilyams “Barselona”ya keçidinin ötən yay niyə baş tutmamasından danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu klub daxilində inanılmaz əlaqələrinin olduğunu bildirib:

“Atletik” mənim ailəmdir. Klub daxilində inanılmaz əlaqələrimiz var. Düşünmürəm ki, başqa yerdə belə ab-hava tapa bilərdim. O anda mənə doğru gələn bir qərar verdim və bundan çox məmnunam”.

Əvvəllər mətbuat Kataloniya klubunun Uilyamsın transferi üçün 62 milyon avro ödəməyə hazır olduğunu yazmışdı.

22 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
67
5
sportinfo.az

10Mənbələr