Türkiyənin Diyarbəkir şəhərində "Starbucks" qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
"Diyarbəkirin mərkəzi Bağlar rayonunda "Starbucks"da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb", - agentlik bildirib. İHA qadının xəstəxanada keçindiyini vurğulayıb.
"Anadolu" agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az