"Milan" yayda baş məşqçi dəyişikliyi edə bilər.
Yenisabah.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "rossoneri"lər Massimiliano Alleqrinin namizədliyini nəzərdən keçirir. Hazırda 57 yaşlı Alleqri klubsuzdur.
İtaliyalı mütəxəssis 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb. "Milan" onunla 2011-ci ildə çempionluq və İtaliya Superkubokunu qazanıb.
Hazırda "Milan"ı Serxio Konseysao çalışdırır. O, 2024-cü ilin sonundan komandaya rəhbərlik edir. "Milan" A seriyasında hazırda 9-cu yeri tutur.
Telegram kanalımız