“Mənə qarşı olanların eybi yoxdur. Bu 3 ildə milli mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Hər şeyi ermənilərə verdilər. Bəla bundadır”.
Yenisabah.az xəbər verir ki, bunu “Facebook” hesabında Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri Tahir Əmiraslanov yazıb.
O, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirmiş kulinar Stalik Xankişiyevin postuna bu cür münasibət bildirib.
Xatırladaq ki, Xankişiyev həmkarına qarşı ədalətsiz münasibətdən, hətta Şuşa festivalından qovulmasından şikayətlənərək Fuad Nağıyevi “küncə dirəyib”.
“Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər.
Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar.
Bu çox ağrıdıcıdır. Təəssüf edirəm!” – deyə Tahir Əmiraslanov həmkarına dəstək verib.