AZ

Mələk İsmayılın Almaniyada ikinci qələbəsi

Almaniyanın Auqsburq şəhərində 8 Mart gününə həsr olunmuş qadınlar arasında beynəlxalq şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Mələk İsmayıl yeddinci turda ikinci qələbəsini qazanıb.

O, yerli şahmatçı Liza Şikmana qalib gəlib. Bu, Mələk İsmayıla xalını 3-ə çatdıraraq 18-ci yerdə qərarlaşmaq imkanı verib.

Yarışın reytinqi favoriti Deimante Daulite-Kornett (Fransa) 6,5 xalla liderdir.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr