AZ

Azərbaycanın 2 güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.

Azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. Kənan Heybətov (70 kiloqram) və Fərid Cabbarov (79 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, rusiyalı Maqomed Eltemirov və Arsen Balayanla üz-üzə gələcəklər.

Təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kiloqram) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla güləşəcək.

Seçilən
36
13
yeniazerbaycan.com

10Mənbələr