AZ

Xameneidən ABŞ-a kəskin cavab: İran hegemonluğa boyun əyməyəcək

İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar təklifini rədd edib.

Xamenei bu çağırışların problemlərin həlli məqsədi daşımadığını, əksinə, Vaşinqtonun öz tələblərini irəli sürmək cəhdi olduğunu bildirib.

“Onların həqiqi məqsədi danışıqlar deyil, hegemonluq və öz şərtlərini diktə etməkdir. İran şübhəsiz ki, bu gözləntiləri doğrultmayacaq”, — deyə Xamenei vurğulayıb.

Xatırladaq ki, ABŞ və İran arasındakı münasibətlər uzun müddətdir gərgin olaraq qalır. Vaşinqtonun dialoq təşəbbüslərinə Tehran dəfələrlə sərt mövqedən cavab verib. Xameneinin son açıqlaması isə bu münasibətlərin yaxın zamanda normallaşmayacağının siqnalıdır.

Seçilən
21
news365.az

1Mənbələr