AZ

Sabah 20 dərəcə isti olacaq

Martın 10-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Seçilən
40
49
demokrat.az

10Mənbələr