AZ

Humanitar yardımların dayandırılması Qəzzada vəziyyəti ağırlaşdırıb

Yanacaq çatışmazlığı səbəbindən Xan Yunisdə fəaliyyət göstərən altı çörəkxananın fəaliyyəti dayandırılıb.

Qəzza zolağına humanitar yardımın tamamilə dayandırılması bölgədə vəziyyəti daha da ağırlaşdırıb.

Operativ Media xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Məlumatda bildirilib ki, yanacaq çatışmazlığı səbəbindən Xan Yunisdə fəaliyyət göstərən altı çörəkxananın fəaliyyəti dayandırılıb. Minlərlə ailənin gündəlik çörək ehtiyacını ödəyən bu obyektlərin bağlanması böhranın dərinləşdiyini göstərir.

İsrailin baş naziri Benyamin Netanyahu blokadanın HƏMAS-a təzyiq məqsədi daşıdığını açıqlasa da, bundan ən çox zərər çəkən mülki əhali olub.

BMT agentlikləri humanitar yardımın bərpa edilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, beynəlxalq müdaxilə və Qahirədə HƏMAS ilə İsrail arasında razılaşma əldə olunmazsa, bölgədəki vəziyyət daha da pisləşə bilər.

Seçilən
12
operativmedia.az

1Mənbələr