AZ

“2050-ci ilə qədər süd vəzi xərçəngindən ölüm 68% artacaq” – ÜST


Tədqiqatçılar xəbərdarlıq edirlər ki, qarşıdakı onilliklərdə süd vəzi xərçəngi diaqnozu və ölüm hallarının kəskin şəkildə artacağı gözlənilir.
Yeniavaz.com
“Euronews” istinadla xəbər verir ki, 2022-ci ildə 2,3 milyon qadına bu xərçəng diaqnozu qoyulub, onlardan 670 mini dünyasını dəyişib.
Qeyd olunub ki, hər 20 qadından birinə həyatı boyu süd vəzi xərçəngi diaqnozu qoyulur ki, bu da onu qadınlar arasında ən çox yayılmış xərçəng forması halına gətirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin (IARC) yeni proqnozlarına görə, 2050-ci ilə qədər bütün dünyada süd vəzi xərçəngindən ölənlərin sayı 68%, yenidən yoluxmaların sayı isə 38% artacaq.
IARC alimi və tədqiqatın müəlliflərindən biri olan doktor Coanna Kim deyir ki, hər dəqiqə dörd qadına süd vəzi xərçəngi diaqnozu qoyulur və bu müddətdə bir qadın bu xəstəlikdən ölür. O bildirib ki, statistika getdikcə pisləşir.
Seçilən
18
yeniavaz.com

1Mənbələr