AZ

Bakı-Qazax yolunda avtomobil aşdı, xəsarət alanlar var

Hacıqabulda "VAZ 21099" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

BAKU.WS xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ağır bədən xəsarətləri alıb.

Magistral yolda Bakı istiqamətində sıxlıq yaranıb.

APA-nın xəbərinə görə, qəzada yaralanan Ələt qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rüstəmov Həsən Vavəhid oğlu və Nəvahi sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Elşən Ələmqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Seçilən
6
4
far.az

10Mənbələr