AZ

Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"

"Mən oraya gedəndə mübahisə düşmüşdü, aralamağa çalışanda Felipe Santos üzümə zərbə endirdi. Mən də yerə yıxıldım".

 

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Teleqraf"a açıqlamasında deyib.

 

25 yaşlı müdafiəçi matçın 82-ci dəqiqəsində rəqib hücumçu Felipe Santosla aralarında yaranan mübahisədən və baş hakim Kamal Umudlunun ona qırmızı vərəqə göstərməməsinin səbəbindən danışıb:

 

"Düşünürəm ki, oyun maraqlı keçdi. "Araz-Naxçıvan"ın gücünü bilirdik. Çox yaxşı futbol oynayırlar, keyfiyyətli futbolçuları var. İki fərqli hissə izlədik. İkinci hissədə öz oyunumuzu ortaya qoyduq. Mübahisə epiozodunda mən tərəfdən heç bir kobudluq olmamışdı. Məqsədim dalaşanları uzaqlaşdırmaq idi, başqa niyyətim yox idi. Meydanda yaranan davanın səbəbini bilmirəm. Baş verənlərdən xəbərim yox idi. Əsas odur, qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq".

 

Qeyd edək ki, "köhlən atlar" 26 oyundan sonra 63 xalla turnir cədvəlinin liderdir. Ağdamlıların ən yaxın qonşusu "Zirə" ilə aralarında 15 xallıq fərq var.

Seçilən
0
12
sfera.az

10Mənbələr