AZ

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var

Hacıqabul rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə saat 13 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən qeydə alınıb. “VAZ” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan iki nəfər - Rüstəmov Elşən Ələmqulu oğlu və Rüstəmov Həsən Vahid oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
11
avtosfer.az

10Mənbələr