Latakiya vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə “Al-İxbariya” telekanalı məlumat yayıb.
Suriya hakimiyyəti bölgədə təhlükəsizliyi qorumaq və sabitliyi artırmaq üçün Tartus əyalətində yerləşən Əl-Qədmous şəhərinə əlavə qüvvələr göndərib.