"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.
Publika.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.