Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Kəlbəcər rayon sakini 2007-ci il təvəllüdlü Ə.İsmayılzadə bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal 18 yaşlı oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.