AZ

Bugünki buraxılış imtahanında nələr yaşandı? VİDEO

Valideynlər çöldə həyəcanla övladlarının imtahandan çıxmasını gözləyirlər. İçəridə isə şagirdlər yüksək diqqətlə imtahan suallarını cavablandırmağa çalışırdılar.

Xezerxeber.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzinin 11-ci sinif üçün keçirdiyi buraxılış imtahanında 59  minə yaxın şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahan rəhbəri bildirdi ki, imtahan binasında qaydaları pozan şagird olmayıb...

Gərgin keçən imtahanın sonlarına yaxın şagirdlər bir-bir çıxmağa başladı. Onlar ilkin olaraq imtahan suallarının çox da çətin olmadığını bildirdilər.

11 il övladı üçün zəhmət çəkən valideynlər isə məktəbin çölündə gözləydilər....

Dölvət İmtahan Mərkəzindən bildirilib ki, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr