AZ

Mask "Starlink"i Ukraynada söndürür?

Xəbər verdiyimiz kimi, bu gün “Tesla” və “SpaceX”ın rəhbəri İlon Mask "Starlink"in Ukrayna ordusunun əsasını təşkil etdiyini, onu söndürsə, Ukraynanın bütün cəbhə xəttinin dağılacağı ilə paylaşım etmişdi.Metbuat.az xəbər verir ki, Maskın bu paylaşımı müzakirə obyektinə çevrildi. Bundan sonra İlon "X" hesabında bu mövzu ilə bağlı yenidən açıqlama yayıb:

"Aydın deyim ki, Ukrayna siyasətinə nə qədər etiraz etsəm də, "Starlink" bağlanmayacaq. "Starlink" olmasaydı, Ukrayna xətləri kəsiləcəkdi, çünki ruslar bütün digər kommunikasiyalara müdaxilə edə bilərdi! Biz bunu heç vaxt etməyəcəyik".

Seçilən
25
34
metbuat.az

10Mənbələr