AZ

Suriyada həlak olan mülki vətəndaşların sayı 830-a yüksəlib

Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumət qüvvələri ilə üsyançılar arasında hərbi əməliyyatlar nəticəsində bir gündə 532-dən 830-a qədər mülki itkilərin sayı artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İraqın “Shafaq news” xəbər portalı məlumat yayıb.
Məlumata görə, qurbanların əksəriyyəti Ərəb Respublikası əhalisinin 12%-ni təşkil edən Ələvi icmasına aiddir.

Martın 6-dan bəri davam edən əməliyyat zamanı 250-dən çox milis öldürülüb. Hökumət qüvvələri 231 döyüşçünü itirib.

Seçilən
14
ucnoqta.az

1Mənbələr