AZ

Bundesliqa: “Ayntraxt” “Union Berlin”ə evdə uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Hoffenhaym” – “Haydenhaym” matçında qalib müəyyənləşməyib. Üç qolun vurulduğu “Ayntraxt” – “Union Berlin” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb.

Beləliklə, 25 turdan sonra 61 xalı olan “Bayern” vahid liderdir. “Bayer” 53 xalla ikinci, “Maynts” 44 xalla üçüncü pillədə qərarlaşıb. “Ayntraxt”ın 42, “Frayburq”un 41, “Leypsiq”in 39, “Volfsburq”un 38, “Ştutqart” və Mönhenqladbax “Borussiya”sının 37, Dortmund “Borussiya”sı ilə “Auqsburq”un 35, “Verder”in 33, “Hoffenhaym” ilə “Union Berlin”in 26, “Sankt Pauli”nin 22 xalı var. Son üç pillədə qərarlaşmış komandalara gəlincə, “Boxum” 20, “Holştayn” 17, “Haydenahym” isə 16 xal toplayıb.

Almaniya, Bundesliqa
25-ci tur
7 mart

Borussiya (Mönhenqladbax) – Maynts 1:3
Qollar: Layner, 73 – Nebel, 39. Köhr, 49. Amiri, 77.

8 mart

Bayer – Verder 0:2
Qollar: Şmid, 7. Njinma, 90+4.

Bayern – Boxum 2:3
Qollar: R.Gerrero, 14; 28 – Mediç, 31. Sissoko, 51. Bero, 71.

Borussiya (Dortmund) – Auqsburq 0:1
Qol: Qaueleu, 23.

Holştayn – Ştutqart 2:2
Qollar: Skribski, 30; 46 – Levelinq, 15. Demiroviç, 55.

Volfsburq – Sankt Pauli 1:1
Qollar: Amura, 70-pen – Van der Heyden, 38.

Frayburq – Leypsiq 0:0

9 mart

Ayntraxt – Union Berlin 1:2
Qollar: Batşuayi, 13 – Querfeld, 62. Yonq, 78.

Hoffenhaym – Haydenhaym 1:1
Qollar: Tabakoviç, 34 – Zivzivadze, 65.

Seçilən
17
2
arena.az

3Mənbələr