AZ

Fidan açıqladı: Suriyanı yolundan döndərməyə çalışırlar!

Region ölkələri Suriyadakı vəziyyətlə bağlı məsuliyyəti öz üzərlərinə götürməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniya, Livan, İraq, Türkiyə və Suriya XİN rəhbərləri arasında Ammanda keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son günlərdə baş verən təxribatlar Suriyanı öz yolundan döndürmək cəhdləridir:

“Region ölkələri lazımi addımları atmalıdır. Suriya hökumətinin həftələrdir ki, apardığı siyasi kursun son günlərdə təxribatlarla “relsdən çıxarmağa” çalışıldığını müşahidə edirik”.

Fidan qeyd edib ki, Ankaranın regionda prioriteti PKK terror qruplaşmasının tamamən məhv edilməsidir.

Nazir həmçinin xatırladıb ki, region ölkələrinin iştirakı ilə İŞİD-ə qarşı birgə əməliyyat mərkəzi yaradılması və kəşfiyyat mexanizminin qurulması yönündə razılaşma əldə olunub.

Seçilən
31
11
axar.az

10Mənbələr