AZ

Tovuzda avtomobil traktorun qoşqusuna çırpılıb, sürücü ölüb

Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
8
report.az

10Mənbələr