AZ

"ABŞ-nin hərbi yardımı dayandırması Ukraynanı sülh prosesinə doğru sövq edə bilər" - Kreml  

Əgər ABŞ həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, Ukraynanı sülh prosesinə doğru irəliləməyə sövq edə bilər.

Parol.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqində bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarının təfərrüatlarını hələ öyrənmək lazımdır.

“Sözsüz ki, hələ də detalları dəqiqləşdirmək lazımdır, lakin bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”, - Kreml sözçüsü vurğulayıb.

Seçilən
13
5
parol.az

6Mənbələr