AZ

Yəhudi icmasının ravvinləri Azərbaycanla bağlı Trampa müraciət etdilər

ABŞ yəhudi icmasının 50-dən çox ravvini Avraam razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər.

Xatırladaq ki, Avraam razılaşmaları İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Müraciətdə həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi ilə qeyd olunub.

1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermir.

Seçilən
19
8
publika.az

9Mənbələr