AZ

Martinelli yaşıl meydana döndü

İngiltərə Premyer Liqasında "Arsenal" səfərdə "Mançester Yunayted"lə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən matçda "topçular"ın hücumçusu Qabriel Martinelli komandasının heyətində yenidən meydanda olub.

Braziliyalı cinah yarımmüdafiəçisi bir aydan çoxdur ki, sıradan çıxmışdı. Martinelli fevralın əvvəlində Liqa Kubokunun yarımfinalında "Nyukasl"la cavab oyununda zədələnmişdi.

O, bu dəfə meydanda Ethan Nvaneri əvəzləyib. Martinellinin sağalmasına baxmayaraq, "Arsenal"ın hücum xətti hələ də problemlərlə üzləşir. Bukayo Saka zədəlidir, Kai Haverts və Qabriel Xesus isə ciddi zədələr alıblar.

Seçilən
16
90deqiqe.az

1Mənbələr