AZ

Bir həftədə 2 şagirdin faciəvi SONU: Günahkar KİMDİR?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-də "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə Şəkidə və Yevlaxda qeydə alınan özünəqəsd hadisələrindən - şagirdlərin həyatlarına son qoymalarından bəhs olunub.
Qeyd olunub ki, onların ortaq cəhəti buraxılış və qəbul imtahanı dönəmlərində olmalarıdır. Bu isə cəmiyyətin qoyduğu dəyərlərə və təhsil sisteminin mahiyyətinə dair ciddi siqnallardır, fərdi problemlərdən daha çox sistemli böhranın göstəricisidir.
Vurğulanıb ki, problem ortadadır, imtahan sistemi uşaqları yalnız akademik nəticələr əsasında dəyərləndirir, onların yaradıcılıq potensialı, fərdi istedadları və emosional sağlamlığı nəzərə alınmır.
Verilişdə, həmçinin səs yazısı yayılan, müəllimlərin hədiyyə üçün topladığı 600 manatı "dilənçi payı" adlandıran direktor, eyni zamanda 3 yaşlı qızına işgəncə verən ana haqqında da danışılıb.
Ətraflı süjetdə:
Seçilən
23
2
oxu.az

10Mənbələr