AZ

Tramp bəşəriyyət üçün ən böyük təhlükədən danışıb

ABŞ Prezidenti Donald Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.

Siyasətçi bildirib ki, dövlət başçısı kimi sələfi Co Bayden illərdir "ekzistensial təhlükə" haqqında danışıb və bunu iqlimlə əlaqələndirib.

"Mən isə dedim, yox, ən böyük təhlükə müxtəlif ölkələrdə yerləşir - bu nüvə silahlarıdır, sizi millərlə məsafəyə uçura biləcək nəhəng canavarlardır", - Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ lideri qeyd etmişdi ki, Ağ Ev administrasiyası Rusiya və Çinlə nüvəsizləşdirmə üzrə danışıqlar aparmaq istəyir. Onun fikrincə, hər kəs nüvə silahından qurtulsa, çox gözəl ola bilər, bu silahların əksəriyyəti isə hazırda Rusiya və ABŞ-nin əlindədir.

Seçilən
2
1
azpolitika.info

2Mənbələr