AZ

Rusiya Belarus yük maşınlarından imtina edir

...2025-ci ilin fevral ayında Belarusda istehsal olunan MAZ yük avtomobillərinin satışı azalmaqda davam edib.

SİA xəbər verir ki, Avtostat İnfo analitik agentliyinin məlumatına görə, bu avtomobillərin satış həcmi 2024-cü ilin fevral ayı ilə müqayisədə 35 faiz azalıb.

Əgər ötən il bu ay ərzində 445 ədəd texnika satılıbsa, bu il bu rəqəm cəmi 290 yük maşını olub.

Rusiyada yeni yük avtomobilləri bazarında da vəziyyət ümumilikdə pisləşib. 2025-ci ilin fevral ayında satışlar illik müqayisədə 46 faiz azalıb.

2024-cü ilin fevral ayında 10 430 yeni yük maşını satılıbsa, bu il cəmi 5 684 ədəd satılıb.

Qeyd edək ki, oxşar vəziyyət Rusiya bazarında Belarus avtobusları ilə müşahidə olunur.

2025-ci ilin yanvar ayında Rusiya Federasiyasında Minsk Avtomobil Zavodundan dörd yeni avtobus satılıb - 2024-cü ilin eyni ayı ilə müqayisədə 21 dəfə az (84).

Seçilən
14
sia.az

1Mənbələr