Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.