AZ

ABŞ Konqresinə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi təqdim olunacaq

Gələn həftə ABŞ Konqresinə Rusiyanın bank və enerji sektorlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim ediləcək.

“Report” xəbər verir ki, bunu sənədin müəllifi, respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər onlar (Rusiya – Qeyd) atəşkəs və sülh danışıqları ilə razılaşmasalar, biz onlara qarşı sanksiyalar tətbiq etməliyik. Gələn həftə mənim bununla bağlı qanun layihəm olacaq”, - deyə o vurğulayıb.

Senator əlavə edib ki, o, ABŞ-da Kiyevə hərbi yardım və kəşfiyyat məlumatlarının verilməsində fasilədən narahatdır:

“Zelenski Ağ Evdə hər şeyi korladı, biz uzun müddət minerallarla bağlı sövdələşmə üzərində işləmişik, amma indi əlimizdə nə var?. Döyüşlər davam edərkən Ukraynaya kəşfiyyat məlumatı və silah verilməməsindən narahatam”.

Seçilən
11
report.az

1Mənbələr