Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, B qrupunda iki qarşılaşma keçirilib.
Günün ilk oyununda "Gəncə" evdə autsayder "Lənkəran"a qalib gəlib - 90:76.
Bu qələbə sayəsində meydan sahibləri yenidən liderliyə yüksəliblər.
Tura "Sumqayıt"ın evdə "Ordu"ya 122:116 hesabı ilə qalib gəldiyi oyunla yekun vurulub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.
B qrupu
"Gəncə" - "Lənkəran" 90:76
Gəncə İdman sarayı
"Sumqayıt" - "Ordu" 122:116
Sumqayıt OİK
O | Q | M | X | ||
1 | Gəncə | 17 | 13 | 4 | 30 |
2 | Şəki | 17 | 13 | 4 | 30 |
3 | Ordu | 17 | 11 | 6 | 28 |
4 | Sumqayıt | 17 | 7 | 10 | 24 |
5 | Quba | 17 | 4 | 13 | 21 |
6 | Lənkəran | 17 | 3 | 14 | 20 |