İtaliyanın "Yuventus" klubu A seriyasında 58 ildən sonra doğma divarlar arasında acı məğlubiyyətə düçar olub.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi çempionatın XXVIII turunda "Atalanta" ilə görüşdə darmadağına məruz qalıb - 0:4.
"Ağ-qaralar" sonuncu dəfə doğma meydançada bir oyunda 4 və daha böyük fərqlə 1967-ci ildə uzublar. Həmin vaxt "Yuventus" Turin derbisində "Torino"ya təslim olub.
Qeyd edək ki, "Atalanta"ya gözlənilməz məğlubiyyət faktiki olaraq, "Yuventus"un cari mövsüm çempionluq mübarizəsindən kənar qalması ilə nəticələnib. Hazırda 52 xalı olan komanda A seriyasının sonuna 8 tur qalmış lider "İnter"dən 9 xal geridədir.