AZ

ABŞ-də təyyarə qəzaya uğradı: Avtomobillər yandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Pensilvaniya ştatının Lankaster dairəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.
Hadisə yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) baş verib. Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Qəza yerində təcili yardım xidmətləri işləyir.
Yerli WGAL telekanalı hadisə nəticəsində ölənlərin olduğunu, lakin onların vəziyyəti ilə bağlı hələlik məlumat verilmədiyini bildirir.
Seçilən
18
4
oxu.az

10Mənbələr