AZ

Kanadanın gələcək baş nazirinin ADI AÇIQLANDI

Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilərək ölkənin növbəti baş naziri olub.

Publika.az xəbər verir ki, partiyadaxili səsvermənin nəticələrinə görə, o, partiya üzvlərinin 85,9%-nin səsini toplayıb.

Partiyanın qurultayında keçmiş maliyyə naziri və baş nazirin müavini Kristia Frilandın 8 faiz, İcmalar Palatasında hökumət lideri Karina Quld və liberal deputat Frank Baylis isə təxminən 3 faiz səs topladığı açıqlanıb. Qurultay milli televiziya kanallarında yayımlanıb.

Karni Baş nazir vəzifəsini icra edən hazırkı baş nazir Castin Trüdonun rəsmi istefasından sonra baş nazir vəzifəsini tutacaq və o, müvafiq tələbi general-qubernator Meri Saymona təqdim edəcək. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir. Bundan sonra Saymon Karniyə nazirlər kabinetini formalaşdırmağı və onlara and içməyi tapşıracaq.

Seçilən
27
publika.az

1Mənbələr