AZ

ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib

ABŞ

Amerika hakimiyyəti praktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib.

Reuters xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"O, jurnalistlərə deyib ki, administrasiya Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasına dair fasiləni demək olar ki, aradan qaldırıb”, - nəşr yazır.

Xatırladaq ki, martın əvvəlində Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb.

Bundan əvvəl ABŞ sülh danışıqlarına sadiqliyini nümayiş etdirənə qədər Kiyevə bütün hərbi yardımı dayandırıb.

Prezident Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, ABŞ-ın onunla kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasında Ukraynanın özü günahkardır. Lakin o, mübadilənin bərpa oluna biləcəyini istisna etməyib, lakin bunun nə vaxt baş verəcəyini söyləməkdən imtina edib.

Cavid

Seçilən
5
xalqcebhesi.az

1Mənbələr