Əməkdar artist Könül Kərimova aparıcılıq edərkən əziyyət çəkdiyini bildirib.
OLAY yazır ki, bu haqda sənətçi “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.
Kərimova üzləşdiyi həmin vəziyyəti belə nəql edib:
“Aparıcılıq edərkən əziyyət çəkdim. O (“Xəzər axşamı” – red.) verilişi çox davam edə bilmədim. Gələn qonağın sənəti hansı dərəcədə olursa olsun onu tərifləmək məcburiyyətində qalırdım. Müğənni olduğum üçün çox əziyyət çəkirdim. Aparıcı üçün bunun çətinliyi yoxdur amma bir müğənni üçün var. Sənəti olanın başım üstə yeri var. Nə olursa olsun onlara bacardığım qədər dəstək olaram. Amma sənəti olmayanlara lazımı qədər qəddaram”.