AZ

Vətəndaş müharibəsinə imkan verməyəcəyik - Şara

Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara son qarşıdurmaları şərh edərkən deyib.

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - o bildirib.

Qeyd edək ki, 6 martdan Latakiya-Tartus ərazisində Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında şiddətli toqquşmalar başlayıb.

Milli.Az

Seçilən
5
5
milli.az

10Mənbələr