Dördqat dünya çempionu Maks Ferstappenin atası, keçmiş Formula 1 pilotu Yos Ferstappen Niderlandın “Ziggo Sport” kanalının şərhçisi Cek Ployu tənqid edib.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb onun Maksın 2026-cı ildə “Mercedes”ə keçəcəyi ilə bağlı məlumat yayımlamasıdır. ”
Cek, Cek, Cek… Nə cəfəngiyat danışırsan?” – deyə Yos Ferstappen sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Ploy əminliklə Ferstappenin növbəti mövsümdən Almaniya komandasına keçəcəyini bildirib. Maksın “Red Bull” ilə müqaviləsi 2028-ci il mövsümünün sonuna qədərdir.