AZ

Bir-birinə bitişik iki ev yandı

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, yanğın rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənddə yerləşən bir-birinə bitişik evlərdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı kənd sakinləri, 1981-ci il təvəllüdlü Asif Hüseynova məxsus, ümumi sahəsi 220 m² olan fərdi yaşayış evinin 110 m²-lik hissəsi, ümumi sahəsi 75 m² olan talvar və 80 m² olan tövlə, həmçinin evə bitişik, 1980-ci il təvəllüdlü Vidadi Hüseynova məxsus, ümumi sahəsi 50 m² olan yardımçı tikilinin dam örtüyünün 25 m² hissəsi yanıb.

Yanğın söndürülüb və hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
52
unikal.az

1Mənbələr