AZ

ABŞ-nin 12 ştatında Qızılca epidemiyası

Xüsusilə ABŞ-ın Texas və Nyu-Meksiko ştatlarında təsirli olan qızılca xəstəliyinin son həftələrdə artaraq 12 ştata yayıldığı, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayının 222-yə çatdığı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) açıqlama verib.

    CDC-nin rəsmi saytında verilən açıqlamada, ölkə daxilində əksəriyyəti uşaq olmaqla artıq 222 hadisənin aşkar edildiyi bildirilir.

    Qızılcanın Texas və Nyu-Meksiko ştatlarında, həmçinin Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu-Cersi, Nyu-York, Pensilvaniya, Rod-Aylend və Vaşinqtonda da rast gəlindiyi qeyd edilib.

    Açıqlamada Texasda bir uşaq və Nyu-Meksikoda bir yeniyetmənin qızılcadan öldüyü bildirilir.

    Seçilən
    30
    5
    bakivaxti.az

    8Mənbələr