Avropa Cüdo Birliyinin təqviminə əsasən 15-16 martda Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunacaq.
Cüdoçularımıza turnirdə yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qızlar
-40 kq
Mədinə Hüseynova
-44 kq
Fatimə Abdullayeva
Xədicə Abdullayeva
Gülşən Hüseynova
-48 kq
Leyla Ələkbərova
Nigar Məmişova
Nərmin Ağamirzadə
Nərgiz Əhmədova
-57 kq
Gülnaz Məmmədtağıyeva
Aysun Məmmədova
Səmayə Yusifli
Nəzakət Vəliyeva
-70 kq
Fidan Cəlilli
Mələk Bayramlı