AZ

1111-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1111-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 657 təyyarəsi, 283 helikopteri, 45 927 PUA-sı, 600 zenit-raket kompleksi, 22 097 tank və digər zirehli texnikası, 1 526 reaktiv yaylım atəş sistemi, 22 403 artilleriya və minaatanı, 32 658 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
12
49
axar.az

10Mənbələr