AZ

Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı 2 hektarlıq ərazidə yeni tut bağı salınacaq

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən işlər davam etdirilir.

Belə ki, Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı 2 hektarlıq ərazidə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni salınacaq tut bağı ilə bağlı hazırlıq işləri görülüb.

4*4 m əkin sxemi (cərgə və cərgələrarası məsafə 4 metr) ilə salınacaq yeni tut bağında xüsusi texnikaların köməyilə çalalar qazılıb, arxlar çəkilib, damcılı suvarma sistemi quraşdırılıb və digər zəruri işlər icra olunub. 

Məlumat üçün bildirək ki,  bu il meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi ilə bağlı ilkin qiymətləndirmə işləri aparılıb, ərazilər müəyyənləşdirilərək KMZ formatda xəritələri hazırlanıb.

Qeyd edək ki,  muxtar respublika ərazisində keçiriləcək yaşıllaşdırma tədbirlərində 408 hektarda 118 mindən çox ting əkilməsi, 58 hektarda isə yeni bağların salınması planlaşdırılır.

 

 

Seçilən
0
6
xalqqazeti.az

7Mənbələr